Əfqanıstanda partlayış: Rusiya səfirliyinin iki əməkdaşı həlak olub - YENİLƏNİB
VİDEO

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı ölüb.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.   

 

Əfqanıstan mətbuatının yazdığına görə, partlayış Kabildə yerləşən səfirlik binasının qarşısında törədilib.  

 

İlkin məlumata görə, partlayış konsulluğun qarşısında rus diplomatın viza almaq üçün növbədə gözləyənlərin siyahısını oxumaq üçün bayıra çıxdığı zaman baş verib.

 

Həmin vaxt diplomatik korpusun qarşısında dayanan şəxslərin əksəriyyəti viza üçün müraciət edən əfqan tələbələr olub.

 

Qeyd olunur ki, partlayışdan sonra səfirliyin ətrafına həlak olmuş insanların meyitləri səpələnib.

 

Əfqanıstanın sosial şəbəkə seqmenti də ölənlər arasında iki rusiyalı diplomatın olduğunu yazıb.

 

Hazırda “Taliban” silahlıları əraziyə girişi tam qadağan ediblər, hadisə baş verən ərazidə hər hansı çəkiliş etməyə icazə verilmir, buna cəhd edilənlərin telefonları əllərindən alınır.

 

Hadisənin digər təfərrüatı barədə hələlik məlumat verilmir.


**12:06


Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verib.

 

Partlayış nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir. 

 

Yaralananlardan ikisinin rusiyalı diplomatlar olduğu bildirilir.

 

Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.