Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onun Vladivostoka işgüzar səfər etdiyi deyilir.
Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Akop Arşakyan və Ruben Rubinyan, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər yüksək vəzifəli şəxslər daxil edilib.
Məlumata görə Paşinyan VII Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək.
Ermənistan baş nazirinin Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi də bildirilir.