Zelenski Böyük Britaniyanın yeni Baş naziri ilə danışdı və... UKRAYNAYA DƏVƏT ETDİ

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass təyinatından sonra ilk danışığını Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparıb.

 

Senzor.az bildirir ki, Ukrayna lideri bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

 

“Ukraynaya müdafiə və iqtisadi dəstəyinə görə Britaniya xalqına minnətdarlığımı bildirdim. Vacib olan odur ki, Böyük Britaniya onun daha da güclənməsinə hazırdır. Biz təhlükəsizlik zəmanətlərinə diqqət yetirdik”, - deyə Zelenski bildirib. 

 

Dövlət başçısı qeyd edib ki, söhbət zamanı Ukraynanın bərpasında Britaniyanın iştirakı məsələsinə də toxunulub.

 

"Biz Rusiya Federasiyasına növbəti təzyiqləri koordinasiya etdik. Məqsəd təcavüzü dayandırmaq və günahkarları məsuliyyətə cəlb etməkdir. Rusiyanın terrorçu dövlət kimi tanınması vacibdir. Biz bütün formatlarda fəal əməkdaşlığı davam etdirəcəyik", - deyə Zelenski vurğulayıb.

 

Söhbət zamanı Zelenski Trassı Ukraynaya səfərə dəvət edib






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.