Böyük Britaniyanın yeni Baş naziri Liz Trass və ABŞ Prezidenti Cozef Bayden arasında ilk telefon danışığı olub.
Bu barədə “Reuters” Dauninq stritə istinadən məlumat yayıb.
Məlumata görə, liderlər ölkələr arasında müdafiə ittifaqını gücləndirmək barədə razılığa gəliblər.
Həmçinin qeyd edilir ki, Böyük Britaniyanın yeni Baş naziri və ABŞ Prezidenti ilk telefon danışığında Rusiyanın Ukraynada məğlubiyyəti üzərində işləməyi razılaşdırıblar.