Albaniya İranla diplomatik əlaqələri tamamilə kəsib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Edi Rama məlumat verib.
O bildirib ki, iyulun 15-də Albaniya hökumətinin elektron infrastrukturu ən güclü kiberhücuma məruz qalıb.
“Bir az ziyan dəyib, artıq təmir olunub və hücumun kim tərəfindən həyata keçirildiyini öyrənmək üçün araşdırmalara başlanılıb. Albaniyanın kiberterrorizmlə mübarizə sahəsində əməkdaşlıq etdiyi qurumların nümayəndələri Tiranaya gəliblər. Məlum olub ki, kiberhücum şəxs və ya cinayətkar qrup tərəfindən deyil, İran tərəfindən həyata keçirilib”, - Albaniya hökumətinin başçısı deyib.
Albaniyanın Baş naziri İranın İsrail, Kipr, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ-yə kiberhücumlarını xatırladıb.
Rama, həmçinin xatırladıb ki, Albaniyanın İrandakı səfirliyinin bütün əməkdaşları bir gün ərzində ölkəni tərk etməlidirlər.
**14:56
Albaniya İranla diplomatik əlaqələri kəsir.
Bu barədə TASS xəbər yayıb.
Bu ölkədə İran səfirliyinin bütün əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmək əmri verilib.
Albaniyanın Baş naziri Edi Rama bəyan edib ki, bu qərar iyuldakı kiberhücumla bağlı aparılan araşdırmadan sonra verilib: “Hökumət dərhal İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”.