ABŞ dövlət katibi Entoni Blinken təcili Ukraynaya gəlib.
Bu barədə BBC-nin müxbiri Barbara Plett Aşer məlumat yayıb.
“Dövlət katibi Entoni Blinken ABŞ-ın Ukrayna və qonşularına daha 2,6 milyard dollarlıq yardımı ilə əlaqədar Ukraynaya səfər edib”, - jurnalist bildirib.
Başqa mənbələrin məlumatına görə, onun ABŞ tərəfindən veriləcək hərbi yardımla bağlı Ukrayna hakimiyyəti ilə müzakirələr aparacağı da planlaşdırılır.