Bayden 7 ölkənin liderləri ilə danışıqlar apardı
UKRAYNAYA DƏSTƏK MƏSƏLƏSİ

ABŞ Prezidenti Co Bayden 7 ölkənin liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, onlayn görüş sentyabrın 8-də gecə saatlarında baş tutub. Görüşdə Fransa Prezidenti istisna olmaqla G7 qrupunun üzvü olan ölkələr iştirak ediblər.

 

Ukrayna ətrafında vəziyyəti müzakirə edən liderlər bu ölkəyə yardımı və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

 

Görüş zamanı, həmçinin enerji və ərzaq tədarükü ilə bağlı əməkdaşlığı gücləndirmək barədə də razılıq əldə edilib.

 

Rusiyanın Hind-Sakit okean regionunda son hərəkətləri barədə məlumat verən Yaponiyanın Baş naziri Fumio Kişida  ölkələrlə işi fəallaşdırmağın vacibliyini qeyd edib.

 

F.Kişida, həmçinin bu yaxınlarda Tunisdə baş tutan Afrikanın inkişafı üzrə səkkizinci Tokio konfransı barədə də məlumat verib. İştirakçı ölkələrin Rusiyanın hərbi təcavüzü ilə bağlı narahat olduqlarını ifadə etdiklərini bildirib.

 

Yaponiyanın gələn il G7 qrupuna sədrlik edəcəyini xatırladan Baş nazir Tokionun qrup üzvləri və tərəfdaş ölkələrlə Ukraynadakı vəziyyəti sabitləşdirmək üçün vahid mövqenin formalaşmasına çalışacağını qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.