ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Vaşinqtonun Baş Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanıb ki, "terror təhlükəsi davam etdiyi üçün 2001-ci il sentyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət” daha bir il müddətinə uzadılıb.
Qeyd edək ki, terrorçuların təyyarələri qaçıraraq Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə hücumundan üç gün sonra ABŞ-da fövqəladə vəziyyət elan edilib. Terror aktı nəticəsində ümumilikdə 3 minə yaxın insan həlak olub.