İraq təhlükəsizlik qüvvələri İŞİD-in 11 terrorçusunu məhv edib.
"Anadolu" agentliyi xəbər verir ki, silahlılar Ənbar və Diyala əyalətlərində antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Əməliyyatı ölkənin daxili işlər və müdafiə nazirlikləri birgə aviasiyanın dəstəyi ilə həyata keçiriblər.
2017-ci ildə İraq hökuməti İŞİD üzərində qələbəni elan etsə də, qruplaşma üzvləri Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar əyalətlərində kəndlərə hücumları davam etdirir.