Kraliça II Elizabetin tabutu olan kortej Edinburq şəhərinə çatıb
YENİLƏNİB, FOTO


Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb və Holirud sarayına yönəlib.

 

Senzor.az xarici KİV-ə istinadən xatırladır ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

 

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına aparılacaq.

 

Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

 

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək. 



**16:28(11.09.2022)


Kraliça II Elizabetin cənazəsini daşıyan kortej Balmoral qəsrindən Edinburqa aparılır.

 

APA xəbər verir ki, Kraliçanın tabutu “Holyroodhouse”un Taxt Otağında - monarxın rəsmi Şotlandiya iqamətgahında saxlanacaq, saray işçiləri öz hörmət və ehtiramlarını göstərə biləcəklər.

 

Bazar ertəsi cənazə Edinburqdakı St Giles Katedralinə aparılacaq, ictimaiyyət tərəfindən baxılmasına bazar ertəsi saat 17:00-da icazə veriləcək.

 

13 sentyabrda tabut Edinburqdan Londona - Bakinqam sarayına aparılacaq, 14 sentyabrda isə “Westminster Hall”a gətiriləcək və zal 4 gün ərzində ictimaiyyətə açıq olacaq.

 

Dəfn mərasimi 19 sentyabrda gerçəkləşəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.