İraqın Babil vılayətinin Şumli şəhərindəki yanacaqdoldurma məntəqəsində avtobus partladılıb, nəticədə 41 nəfər ölüb, 30 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İraqın xüsusi xidmət orqanları avtobusun terror məqsədi ilə partladıldığı qənaətindədirlər.
Partlayış nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Ölənlərin arasında İran vətəndaşları da var.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları gəlib.