Rusiya silahlı bölmələri Ukraynanın Xarkov, Sum, Dnepropetrovsk da daxil olmaqla, bir neçə vilayətinə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, infrastrukturun sıradan çıxarılması nəticəsində vilayətlərdə bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin və suyun verilişi dayanıb.
Məlumata görə, hədəf alınan obyektlər arasında Xarkov İES də var.
Aramsız hücumlardan dolayı bütün Ukrayna ərazisində həyəcan elan edilib.