Serbiya Prezidenti Aleksandr Vuçiç enerji böhranından sonra ərzaq böhranının yaşanacağını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, A.Vuçiç son günlərdə Rusiya-Ukrayna gərginliyi fonunda baş verənlərin müharibənin hələ başa çatmağını, daha da intensivləşdiyini və uzanacağını göstərdiyini deyib.
“Bu, enerji resurslarının qiymətinin daha da bahalaşmasına gətirib çıxaracaq. Enerji böhranından sonra bizi ərzaq böhranı gözləyir. Buna hazırlıqlı olmalı və hər şeyə strateji baxmalıyıq”, - deyə Serbiya Prezidenti qeyd edib.