Türkiyə Kraliça II Elizabetin dəfn mərasiminə 1,5 milyon ədəd gül göndərəcək

Kraliça II Elizabetin dəfn mərasimi üçün Türkiyədən Böyük Britaniyaya əksəriyyəti qərənfillərdən ibarət ən azı 1,5 milyon ədəd gül göndəriləcək.

 

“Hürriyet” qəzeti xəbər verir ki, tədarükü sürətləndirmək üçün çiçəklər Böyük Britaniyaya ənənəvi yük maşınları ilə deyil, təyyarə ilə çatdırılacaq.

 

“Böyük Britaniyadan tələbatda ciddi artım müşahidə olunur... Adətən bu dövrdə Birləşmiş Krallığa hər həftə 600-700 min gül göndərilirdi, lakin Kraliça Elizabetin ölümü ilə əlaqədar dəfn mərasimi dövründə bu rəqəmin azı 1,5 milyon ədədə çatacağı ehtimal olunur”, - deyə Mərkəzi Anadolunun dekorativ bitkiləri və məhsulları ixracatçıları birliyinin rəhbəri İsmayıl Yılmaz bildirib.

 

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Sentyabrın 10-da III Çarlz rəsmən Böyük Britaniyanın yeni Kralı elan olunub. 

 

Kraliçanın dəfn mərasimi sentyabrın 19-na planlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.