Tacikistan-Qırğızıstan sərhədində atışma
MİNAATANLARDAN DA İSTİFADƏ OLUNUB

Tacikistan-Qırğızıstan sərhədinin müəyyən edilməmiş hissəsində atışma olub.

 

Senzor.az bildirir ki, məlumatı “İnterfaks” Qırğızıstan sərhəd xidmətinə istinadən yayıb.

 

Qeyd olunur ki, hadisə Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib. Atışma zamanı Tacikistan sərhədçiləri minaatanlardan istifadə ediblər.

 

“Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb”, - məlumatda vurğulanıb.

 

“Sputnik Tacikistan” isə insident zamanı bir tacikistanlı sərhədçinin öldüyü və ikisinin yaralandığı barədə məlumat yayıb.

 

Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.