Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə işgüzar səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.
Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra dövlət başçısı işğaldan azad edilmiş Ukrayna torpaqlarına görə hərbçilərə təşəkkür edib. Daha sonra V.Zelenski Ukrayna bayrağını alqışlar altında Şəhər Şurası üzərində qaldırıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhərini sentyabrın 11-də işğaldan azad edib. Şəhər mart ayından Rusiya qüvvələrinin nəzarəti altında idi.