Qırğız Respublikasının paytaxtı Bişkekdə parlamentin binası qarşısında Tacikistanla sərhəddəki silahlı münaqişə ilə bağlı mitinq keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə yerində polislər də var. Mitinq iştirakçılarının təmsilçiləri hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq üçün parlamentin binasına daxil olublar.
Bu arada xarici KİV-lər Tacikistan hərbçilərinin Qırğızıstanda inzibati binanı ələ keçirdiklərini yazıblar.
Teleqram kanallarında hadisəni əks etdirən görüntülər də yayılıb.
Kadrlarda tacikistanlı hərbçilərin dövlət bayraqlarını inzibati binanın damında dalğalandırdıqları əks olunur.