Tacikistanla sərhəddə ölən qırğızların sayı 24-ə, yaralananların sayı isə 103-ə çatıb - YENİLƏNİB

Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qırğızıstan Səhiyyə Nazirliyinin bir az əvvəl yaydığı məlumatda belə deyilir. 

 

“Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı, ambulator müalicəyə göndərilən 5 nəfər də daxil olmaqla, 103 nəfərdir”, - deyə məlumatda vurğulanıb.

 

**01:34


Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət komitələri  başçılarının atəşkəs razılığının ömrü çox qısa oldu. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, razılaşmadan az qala dərhal sonra sərhəddə silahlar yenidən işə düşüb.

 

Və artıq Qırğızıstanın Səhiyyə Nazirliyi 24 nəfərin öldüyü barədə məlumat yayıb.

 

“Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub", - məlumatda deyilir.

 

Silahlı toqquşmalar zamanı daha 87 nəfər xəsarət alıb. Onların  əksəriyyətinin bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları aşkarlanıb.

 

Bu arada Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmadan narahat olduğu barədə məlumat yayıb. 

 

“Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı gərginlik ağır nəticələrə yol vermədən tez bir zamanda sona çatacaq, problemlər dialoq və sülh yolu ilə həll olunacaq", - Türkiyə XİN bəyan edib.

 

Rusiya Xarici İşlər Nazirliyi də Qırğızıstan və Tacikistan arasındakı münaqişə ilə bağlı bəyanat yayıb.

 

Qeyd edilib ki, münaqişəyə səbəb sərhədin bir sıra hissələrinin delimitasiyası və demarkasiyasının tamamlanmamasıdır.

 

"Biz tərəfləri vəziyyəti sabit şəkildə siyasi, diplomatik yolla təcili və hərtərəfli tədbirlər görməyə, istənilən gərginlik yaratmaq cəhdlərini, habelə üçüncü tərəflərin təxribatlarını dayandırmağa çağırırıq. Biz tərəflərə məqbul olan istənilən yardımı göstərməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz sabitliyin tezliklə bərpası üçün Qırğızıstan və Tacikistan tərəfləri ilə sıx əlaqə saxlayan KTMT baş katibinin ( hər iki ölkə təşkilatın üzvüdür) vasitəçilik səylərini də alqışlayırıq", - bəyanatda vurğulanıb.

 

**13:55(16.09.2022)

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.

 

Qırğız KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə Qırğızıstan parlamentinin deputatı Əlişir Kozuyev məlumat verib.

 

Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər.

 

Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.

 

**13:38



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Qırğız Respublikası və Tacikistanın Təhlükəsizlik şuralarının katibləri ilə telefon danışığı aparıb.

 

Məlumatı Tacikstan KİV-i yayıb.

 

KTMT Baş katibi Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və onun tacikistanlı həmkarı Nasrullo Mahmudzoda ilə danışarkən qısa müddətə atəşkəsin tətbiq edilməsi və münaqişənin dinc yolla tənzimlənməsi üçün danışıqlara başlamağın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Qırğızıstan və Tacikistan 1992-ci il mayın 15-dən KTMT-nin üzvləridir.

 

Onu da xatırladaq ki, sentyabrın 14-dən iki ölkənin dövlət sərhədində atışma gedir.


**11:44

Qırğızıstan və Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir, Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

“Yerdən və havadan edilən bütün hücumlar Qırğızıstan tərəfdən dəf edilir və bu, Qırğızıstanın ərazisini, yaşayış məntəqələrini ələ keçirməyi mümkünsüz edir”, - məlumatda vurğulanıb.

 

Nazirlər Kabinetinin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, general-leytenant Qamçıbəy Taşıyev hadisə yerindədir.

 

Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, o, atəşi dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.

 

Qurum vurğulayıb ki, Tacikistan dinc sakinlərdən canlı sipər kimi istifadə edir.

 

Bundan başqa, sərhəddəki toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 31-ə çatıb.

 

Eyni zamanda, KİV-də Qırğızıstana məxsus T-72 tankının vurulmasına dair videogörüntülər yayılıb.


**10:41


Qırğızıstan-Tacikistan sərhədində yenidən silahlı toqquşmalar olub.

 

TASS xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

Məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.

 

“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, - Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

 

Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.

 

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.

 

Son məlumatlara görə, toqquşmalarda 11 qırğız hərbçi yaralanıb. Tacik KİV-i isə xəbər verir ki, Tacikistan tərəfdən iki tacik hərbçisi həlak olub, 11 nəfər yaralanıb - 6 sərhədçi və 5 yerli sakin.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.