Pelosi İrəvanda qondarma “soyqırımı” abidəsini ziyarət etdi - ABŞ NÜMAYƏNDƏLƏR PALATASININ SPİKERİNƏ İSTEFA TƏLƏBİ
FOTO

Ermənistanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvandakı qondarma “erməni soyqırımı”na qoyulmuş abidəni ziyarət edib.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Yeri gəlmişkən, bundan əvvəl demokrat konqresmen Eliss Slotkin bəyan edib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.

 

Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb: “Bizim (Nümayəndələr Palatası) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”.

 

Konqresmenin nöqteyi-nəzərincə, Pelosi getməli, yerini ABŞ-ın mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu Orta Qərb nümayəndələrinə verməlidir. 

Slotkinin vurğulayıb ki, ştatın həmin hissəsindən olan seçicilərin buna ehtiyacı var.

 

Qeyd edək ki, daha əvvəl KİV-də Demokratlar Partiyasının aralıq Konqres seçkilərində məğlub olacağı təqdirdə Pelosinin ABŞ-ın İtaliyadakı səfiri vəzifəsini yerinə yetirmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.