Moldovanın paytaxtı Kişinyov şəhərində hökumət əleyhinə növbəti genişmiqyaslı mitinq keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezidentlik və Parlament binası qarşısında bu gün keçirilən aksiyanın iştirakçıları etirazlarının dayanmadan keçməsi üçün çadırlar qurublar.
Bu zona "dəyişikliklər şəhərciyi" adlandırılıb, manifestantlar isə “indiki hakimiyyəti süpürüb atmaq üçün” özləri ilə budaqlardan improvizə edilmiş süpürgələr gətiriblər.
Azı 5 min aksiya iştirakçısı hökumətin və Qərbyönlü Prezident Maya Sandunun istefasını tələb edib.
Onlar yüksək inflyasiya və enerji qiymətlərinin artmasına etirazlarını bildirirlər.
Qedy edək ki, Moldova keçən il bağlanmış müqavilə əsasında Rusiyanın “Qazprom” şirkətindən qaz alır. Qiymət aylıq dəyişir və mövsümdən asılı olaraq qaz və neftin spot qiymətindən hesablanır. Spot qiymətlər bu il kəskin artıb.
3,5 milyon əhalisi olan postsovet məkanının ən kiçik dövləti Moldova enerji qiymətlərinin avqustda 50%, sentyabrda 29% bahalaşması səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib.