Tacikistanla toqquşma nəticəsində Qırğızıstanda 59 nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Həlak onlar arasında həm hərbçilər, həm də mülki şəxslər var. Ümumilikdə 144 nəfər yaralanıb.
Tacikistanın isə 35 vətəndaşının öldüyü barədə xəbər yayılıb.
Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində silahlı toqquşmalar yenidən başlayıb.
Sentyabrın 19-u Qırğızıstanda milli matəm günü elan edilib.