Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Senzor.az bildirir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.
Bu axşam Kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.
Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.
Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib
**14:24
Kraliça II Elizabetin dəfn mərasimi başlayıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya vaxtı ilə saat 11:00-da başlayıb.
Dəfn mərasimində ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zellandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo və digər ölkələrin liderləri iştirak edirlər.
Kilsədəki mərasimdən sonra Kraliçanın cənazəsi Kral ailəsi üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a daşınacaq. Bakı vaxtı ilə saat 22:30-da Kraliça II Elizabet əri, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin də uyuduğu Vindzor sarayında dəfn ediləcək.
Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrinə çıxmağa başlayıb.
[media=https://www.youtube.com/watch?v=mFvihbK3DpM]