Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsə Əmininin ölümü ölkədə kütləvi etirazlara səbəb olub.
İran mediası xəbər verir ki, ölkənin iri şəhərlərində etiraz aksiyalarında iştirak edən insanlar hökumət qüvvələri ilə toqquşmalardan çəkinmirlər.
İranın Kamyaran şəhərində Əmininin öldürülməsinə etiraz olaraq keçirilən aksiyada baş verən toqquşmalarda nümayişçilərlə hökumət qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb.
Rəştdə isə insanlar müxtəlif şüarlar səsləndiriblər.
Tehranda etiraz aksiyaları daha dağıdıcı keçir. Qarşıdurma yanğınlarla müşahidə edilir.