Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
“Bloomberg” agentliyi xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə bildirib.
O, mümkün səfərin səfərin tarixi barədə məlumat verməyib.
Xatırladaq ki, bu həfətə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.