Rusiya-Ukrayna müharibəsində prioritet taxıl dəhlizi məsələsi, daha sonra isə əsirlərin dəyişdirilməsi idi. Dəhliz vasitəsilə 4 milyondan çox taxıl daşınıb və hələ də davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, hazırda diqqətdə olan ən mühüm məsələlərdən biri Rusiyadan gələcək taxıldır: "Ən vacibi isə gübrə transferidir. Biz buna başlayan kimi onları ciddi şəkildə yoxsul ölkələrə köçürəcəyik. Əsirlər dəyişdirilərkən isə 200 ad üzərində dayandıq. Bizdə 200 ad var və onlar bizim qonaqlarımızdır. Həmin əsirlərdən biri də Putinin xüsusi vurğuladığı ad idi. Onu Rusiyaya göndərdik".
Qeyd edək ki, mübadilə çərçivəsində keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçukun Rusiya tərəfinə təhvil verilməsi ilə bağlı məlumatlar paylaşılmışdı.