“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.
UNİAN bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.
Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir: “İtki yoxdur, kritik durum yaranmayıb”.
Qeyd edək ki, xloropikrin zəhərli maddədir və onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.