Enerji böhranı və dərinləşən inflyasiya artıq Avropa dövlətlərində narazılığın artmasına səbəb olur.
Senzor.az yerli KİV-əistinadən bildirir ki, bu mənada Almaniya da istisna deyil.
Bu ölkədə getdikcə artan əsəbilik qeydə alınıb və hətta tez-tez etiraz aksiyaları keçirilir. Enerji daşıyıcılarının bahalaşmasına görə narazılıq əhalinin bütün təbəqələrinin həyatında və işində pis əksini tapıb. Hüquq müdafiəçiləri ehtiyat edirlər ki, bu, ölkədə cinayətkarlığın və zorakılığın səviyyəsinin artması ilə nəticələnə bilər.
Yəqin yadınızdadır, Almaniyada pandemiyanın əvvəlində də etiraz dalğaları qeydə alınmışdı. Polisdə vəziyyətin təkrarlanması gözlənilir. Onlar gərginliyin yalnız artacağını proqnozlaşdırırlar. Hüquq-mühafizə orqanları ekoloji və iqlim hərəkatlarının fəalları tərəfindən enerji və hərbi sənaye obyektlərinin blokadaya alınması və zəbt olunmasından ehtiyat edirlər.
Ultrasolçular partiyasının təmsilçiləri də belə əməllər törədə bilərlər. Yəqin ki, sağçı ekstremistlər də kənarda qalmayacaqlar.
Vəziyyəti COVID-19 virusunun yeni dalğası ilə bağlı koronavirus məhdudiyyətləri gərginləşdirə bilər. Tamamilə mümkündür ki, koronavirus əleyhinə etirazlar zorakılıq elementləri olan mitinqlərə çevrilə bilər.