Gürcüstan-Rusiya sərhədində 20 km-lik tıxac
QAÇANLARIN QARŞISINI PUTİNİN SON QƏRARI DA ALA BİLMİR

Rusiyada qismən səfərbərlik edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.

 

Hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb. 

Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.

 

Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır. 

Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.