“Taliban” BMT-yə yazılı olaraq bildirib ki, Əfqanıstanın əvvəlki hökumət tərəfindən təyin edilmiş daimi nümayəndəsi Qulam İsakzai artıq ölkəni təşkilatda təmsil etmir.
Bunu RİA Novosti-yə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Xak deyib.
Onun sözlərinə görə, bununla bağlı BMT Baş katibinin ünvanına sentyabrın 20-də rəsmi məktubla müraciət olunub: “Məktubda daimi nümayəndənin missiyasının tamamlandığı və artıq Qulam İsakzainin Əfqanıstanı təmsil etmədiyi bildirilib. Eyni zamanda, yeni daimi nümayəndə kimi Məhəmməd Sühail Şahinin təyin edildiyi qeyd edilib”.
Apa-nın məlumatına görə Fərxan Xak əlavə edib ki, məktubda, həmçinin, avqustun 15-dən Əfqanıstanın əvvəlki prezidenti Əşrəf Qəninin qovulduğu və ölkədə onun artıq prezident olaraq tanımadığını vurğulanıb.