Əl-Qaidə və İŞİD terror qrupları hələ də ABŞ-da irimiqyaslı terror aktları həyata keçirməyə və ya həmfikir insanlarını buna təhrik etməyə çalışırlar.
Azvision.az xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.
FTB rəhbəri qeyd edib ki, genişmiqyaslı hücumlar etmək niyyətlərini heç vaxt bildirməyən Əl-Qaidə və İŞİD kimi xarici terror təşkilatlarının potensial təhdidlərini daim izləyirlər.
K.Rey ötən ay Kabildə törədilən terror aktında 13 amerikalı əsgər daxil olmaqla, təxminən 200 adamın öldüyünü xatırladıb: “İŞİD həm daxildə ABŞ-a qarşı, həm də xaricdə müttəfiqlərimizə qarşı mübarizəni davam etdirir. Əl-Qaidə Şərqi və Qərbi Afrika bölgələrində ABŞ və digər Qərb ölkələrinin maraqlarına qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə və digərlərini buna təhrik etməyə sadiqdir. Son bir il ərzində Əl-Qaidə liderlərinin təbliğatı ABŞ və digər Qərb ölkələrinə hücumlar etmək üçün ayrı-ayrı insanları hədəf almaqda davam etdi”.