İslamabad son üç ildə ilk dəfə Hindistanın Baş naziri Narendra Modinin təyyarəsinin Pakistan hava məkanına daxil olmasına icazə verib.
Məluatı TASS yayıb.
Hökumət başçısı Pakistandan keçməklə ABŞ-a uçub. O, hazırda BMT Baş Assambleyasının sessiyasında iştirak edir.
Qeyd edək ki, bunadək Pakistan Hindistan Prezidenti və Baş nazirinin ölkənin hava məkanından istifadəsinə dəfələrlə razılıq verməyib.