![](/uploads/posts/2021-09/1632385446_bez-nazvaniya.jpg)
Ermənistanda son sutka ərzində daha 939 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 255 648 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 19 nəfər ölüb və bu səbəbdən həyatını itirənlərin sayı 5 200 olub. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1197 nəfərdir.
Hazırda Ermənistanda 11 396 nəfər aktiv koronavirus xəstəsi var.