Yaponiyanın Fukuoka, Saqa, Naqasaki və Xirosima prefekturalarında təbii fəlakət səbəbindən ən yüksək – beşinci təhlükə səviyyəsi elan olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü yağışlar səbəbindən buradan 1,7 milyon insan təcili təxliyə olunur.
Qeyd edək ki, Yaponiyanın cənub-qərbində artıq bir neçə gündür güclü yağışlar yağır. Son iki sutka ərzində bəzi rayonlara 500-700 millimetr yağıntı düşüb. Saqa prefekturasının eyniadlı administrativ mərkəzinə 769 millimetr, Uresino şəhərinə 918 millimetr, Naqasaki prefekturasının Undzendake şəhərinə isə 847 millimetr yağış yağıb. Ölkənin meteorologiya xidməti daşqın riskinin böyük olduğu barədə xəbərdarlıq edib.
İndiyə qədər leysanın səbəb olduğu torpaq sürüşmələri bir nəfərin ölümünə, iki nəfərin itkin düşməsinə səbəb olub.