ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar Suriyanın Deyr əz-Zor əyalətindəki Fərat çayının şərq sahilində əməliyyat keçirib.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Əməliyyat zamanı amerikalı hərbçilər yaşayış binalarına və köməkçi tikililərə atəş açıblar.
Şahidlərin dediyinə görə, əməliyyat zamanı azı üç mülki şəxs ölüb.
“Report” bildirir ki, oxşar əməliyyat Deyr əz-Zor əyalətinin şimalındakı Basitain və Əl-Jasemi kəndlərində də həyata keçirilib.