Böyük Britaniyada benzin böhranı - YANACAQ DAŞIYAN MAŞINLARA SÜRÜCÜ TAPILMIR

Böyük Britaniyada benzin böhranı yaranıb.
 
AzərTAc xəbər verir ki, neft nəhəngi BP (British Petroleum) şirkəti yük maşını sürücülərinin çatışmazlığı səbəbindən ölkədəki bəzi yanacaqdoldurma məntəqələrini müvəqqəti olaraq bağladığını bildirib.
 
Yük maşını sürücülərinin çatışmazlığından qaynaqlanan neft böhranı Krallıqda artmaqda davam edir. Brexitdən sonra bir çox Avropa vətəndaşının Krallığı tərk etməsi, həmçinin bəzi sürücülərin təqaüdə çıxması ilə ölkədə nəqliyyat sənayesi ən çətin dövrlərini yaşayır. Ölkədəki sürücü çatışmazlığı səbəbi ilə, böyük neft şirkətləri benzin və dizeli lazımi ünvanlara çatdıra bilmədiklərini açıqlayıblar. Nəticədə yanacaqdoldurma məntəqələrində problemlər yaranıb.
 
Problemin həlli üçün 100 mindən çox yük maşını sürücüsünə ehtiyac var. Yük maşını sürücüsü çatışmazlığını aradan qaldırmaq üçün hökumət xarici sürücülərin Krallıqda işləməsi üçün müvəqqəti viza almasına icazə verən bir plan üzərində iş aparır.
 
Bu məqsədlə, immiqrasiya qanunlarında da bəzi dəyişikliklərin olacağı gözlənilir. Sürücü işləyəcək təxminən 5000 nəfərə də müvəqqəti viza verilməsi planlanlaşıdırılır.
 
Yük maşını sürücülərinin çatışmazlığı ərzaq və digər malların da daşınmasında gecikmələrə səbəb olur.
 
Xatırladaq ki, Krallıqda neft və təbii qazın qiyməti avqust ayından etibarən 70 faiz artıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.