Başqırdıstanın paytaxtı Ufa şəhərində neonasist qruplaşmasının 5 üzvü saxlanılıb.
Axar.az xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yayıb.
Məlumata görə, saxlanılan şəxslərin respublikadakı hüquq-mühafizə orqanlarının obyektlərindən birində terakt hazırladığı iddia edilib. Saxlanılan şəxslərin hamısının 2001-2003-cü il təvəllüdlü gənclər olduğu bildirilib.
FTX həmçinin saxlanılan şəxslərin yaşayış yerlərində aparılan axtarış nəticəsində bıçaqlar, nunçaki, ABŞ vətəndaş müharibəsi dövründəki cənub ştatları konfederasiyasının bayrağını, eləcə də ekstremist ədəbiyyat aşkarladığını vurğulayıb.