Fransa Prezidenti Emmanuel Makron Lion şəhərinə səfəri zamanı hücuma məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, naməlum şəxs onun üstünə yumurta atıb.
Qeyd olunur ki, insident Fransa Prezidenti sərgi salonuna daxil olarkən baş verib.
Yumurta atan şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu ilin iyun ayında Emmanuel Makronun ölkənin cənub-şərqinə səfəri digər insidentlə - yerli sakinlərdən birinin ona şillə vurması ilə yadda qalmışdı.