Türkmənistanda müstəqilliyin 30-cu ildönümü münasibətilə keçirilən hərbi paradda Türk PUA-ları “Bayraktar TB2” və “A-29 Super Tusano” döyüş təyyarələri nümayiş etdirilib.
Ovqat.com-un məlumatına görə, son 30 ildə Türkmənistanda hərbi parad ilk dəfə Aşqabadın mərkəzində yerləşən Prezident Sarayının yaxınlığında yox, şəhərin cənub hissəsindəki Kopetdağın ətəklərində keçirilib.
Paradda türkmən hərbçiləri bir çox yeni məhsul nümayiş etdiriblər. Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları xüsusilə təmtəraqla təqdim olunub.
Paradda bundan əlavə, İtaliyaya məxsus 6 döyüş təyyarəsi M-346-lər də öz məharətlərini göstəriblər.