ABŞ Prezidenti Co Bayden COVİD-19 əleyhinə üçüncü dəfə peyvənd olunub.
“RİA Novosti” bildirir ki, prosedur ABŞ-ın aparıcı telekanalları tərəfindən canlı olaraq yayımlanıb.
“Bilirəm, belə görünmür, amma mənim yaşım 65-dən yuxarıdır, buna görə bu gün qüvvətləndirici peyvənd dozasını qəbul edəcəm. Busterin (qüvvətləndirici) olması mühümdür. Ən başlıcası isə, daha çox insanın vaksinlənməsini təmin etməkdir”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, ABŞ-ın prezidenti Co Bayden daha əvvəl koronavirus əleyhinə “Pfizer” vaksini vurdurmuşdu.