Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslanı zərərsizləşdirib.
APA-nın xəbərinə görə, “İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan “Haydar Varto” kod adlı Engin Karaaslan Suriyanın Kamışlı bölgəsində əməliyyat zamanı məhv edilib.
MİT-dən onu da bildiriblər ki, terror təşkilatının “mərkəzi komitə üzvü” olmuş Engin Karaaslan 2000-ci illərdə PKK-nın Ermənistan üzrə nümayəndəsi vəzifəsini üzərinə götürmüşdü.