
Balkan yarımadasında yeni gərginlik yaranıb. Serbiya ordusu bir həftədir barrikadaların qurulduğu Kosovo ilə sərhəddəki "Yarine" keçid məntəqəsinə doğru yaxınlaşıb.
Bu barədə hadisə yerindən reportaj hazırlayan "RTS" nəşri məlumat yayıb.
Qeyd edilir ki, Serbiya ordusuna məxsus hərbçilər "Yarine"dən cəmi 2 kilometr məsafadə yolda görünüb. Əraziyə toplanan hərbi bölmələrdə "Lazar" və "Miroş" zirehli maşınları müşahidə edilib. Hətta bəzi məlumatlara görə, ağır zirehli maşınların Kosovo ilə sərhədə dirənməsi haqqında informasiyalar da yayılıb.
Söhbət T-72MS tanklarından gedir. Eyni zamanda, son üç gündə Serbiya ordusunun Miq-29 qırıcıları və Mi-35 döyüş helikopterləri həmin ərazinin üzərində uçuşlar edib.

Azvision.az xatırladır ki, sərhəddəki gərginlik bu ilin 19 sentyabrından etibarən nömrə qalmaqalından sonra başlayıb.
