Fransa Prezidenti Emmanuel Makrona Lionda qastronomiya salonunda yumurta atan gənc psixiatrik müayinədən keçib və məcburi xəstəxanaya yerləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Lion prokurorluğu məlumat yayıb.
"Lion prokurorluğunun tələbi ilə həmin şəxs psixiatrik müayinədən keçdi və onun öz hərəkətlərinə görə hər hansı reaksiya vermədiyi aydın oldu. Onun məcburi xəstəxanaya yerləşdirilməsi lazımdır”, - açıqlamada vurğulanıb.
Xatırladaq ki, bazar ertəsi 19 yaşlı bir tələbə Fransa Prezidentinə yumurta atıb. Gənc oğlan saxlanılan zaman "Yaşasın inqilab!" şüarını səsləndirib.
Yeri gəlmişkən, bu, il ərzində Makrona ikinci hücumdur. İyun ayında, ölkənin cənub -şərqinə səfəri zamanı bir qrup yerli sakinə yaxınlaşanda həmin şəxslərdən biri Prezidentə şillə vurmuşdu.