
Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.
Senzor.az-ın məlumatına görə, Soçidəki “Boçarev Ruçey” iqamətgahında keçirilən Rusiya və Türkiyə liderlərinin təkbətək görüşü təxminən 3 saat davam edib.
**14:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi bir müddət əvvəl Soçi şəhərindəki hava limanına enib.
R.T.Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Krasnador diyarı qurbernatorunun müavini Aleksandr Ruppel, Soçi bələdiyyəsinin sədri Aleksey Kopayqorodski, Rusiya Xarici İşlər Nazirliyi Protokol İdarəsinin baş direktoru İqor Boqdaşev, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar və Novorossiysk şəhərindəki baş konsulu Fırat Bayraq qarşılayıblar.
“TRT Haber” isə Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüşün artıq başladığını bildirib.
Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.
**12:41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə yola düşüblər.
