ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasla görüşdən imtina edib.
Bu barədə “Axios” portalı Amerika və Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Portal Baydenin görüşdən imtina etməsini qeyri-adi adlandırıb və hesab edir ki, İsrail-Fələstin danışıqları ABŞ lideri üçün əsas prioritet deyil.
Eyni zamanda, Baydenin müşavirləri Abbasa ABŞ Prezidentinin ümumiyyətlə ikitərəfli görüşlər keçirməyəcəyini söyləyiblər. Lakin Bayden, qısa müddət Nyu -Yorka səfər etsə də, üç ikitərəfli görüş keçirib.