Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 234 milyonu ötüb.
Senzor.az bildirir ki, bu barədə “Worldometers” portalı məlumat yayıb.
Qeyd olunur ki, dünyada COVID-19-a 234 017 091 yoluxma aşkarlanıb.
Koronavirusdan ölənlərin ümumi sayı 4 787 341 nəfərdir.
Virusa yoluxan 210 833 140 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Böyük Britaniya qərarlaşıb.