Avropa Komissiyası Serbiya ilə Kosovonu dialoqa çağırdı - BELQRAD İSƏ NATO-nun REAKSİYASINI GÖZLƏYİR
 
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Serbiya ilə Kosovo arasında nəqliyyat vasitələrinin keçidi üzrə yaranmış böhranı həll etmək üçün hər iki ölkəni dialoqa çağırıb.
 

AZƏRTAC xəbər verir ki, Avrokomissiyanın prezidenti sosial media hesabında Avropa İttifaqı (Aİ) tərəfindən irəli sürülən Belqrad-Priştina Dialoqunun mövcud vəziyyəti həll etmək üçün yeganə platforma olduğunu yazıb. “Uzunmüddətli həll tapmaq üçün dialoq vacibdir. Yeganə həll yolu isə birgə əməkdaşlıqdır”, - deyə o qeyd edib.
 
Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak isə Serbiya və Kosovo rəsmiləri ilə danışıqlar aparıb. O, görüşlərdə mövcud böhranın həll yollarını müzakirə etdiyini deyib.
 
Xatırladaq ki, Kosovo sentyabrın 20-dən etibarən Serbiya dövlət nömrə nişanlı avtomobillərin sərhədi keçməsinə icazə verməyib. Ölkəyə daxil olan avtomobillərə müvəqqəti Kosovo nömrə nişanlarının verilməsi isə iki ölkə arasında gərginliyə səbəb olub.
 
Kosovonun Daxili İşlər Nazirliyi iki ölkə arasında 2016-cı ildə imzalanan nəqliyyat vasitələrinin sərbəst hərəkətinə dair müqavilənin müddətinin sentyabrın 15-də bitdiyini və ölkədə yalnız Kosovo dövlət nömrə nişanlı avtomobillərin hərəkət edə biləcəyini açıqlayıb. Nazirliyin məlumatında ölkə sərhədini keçən nəqliyyat vasitələrinin ön və arxa şüşələrinə müvəqqəti nömrə nişanlarının vurulduğu, mövcud nömrələrin çıxarıldığı bildirilib.
 
Serbiya tərəfi isə Kosovo ilə sərhəd gərginliyi məsələsinə NATO-nun reaksiyasını gözləyir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.