İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ Qrinviç vaxtı ilə saat 01:15-də (Bakı vaxtı ilə 05:15) qeydə alınıb. Yeraltı təkanların episentri eyniadlı nüvə stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 95 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.