Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətindədir.
Bu barədə o, “feysbuk” səhifəsində paylaşdığı növbəti videoda deyib.
M.Saakaşvili bildirib ki, Tbilisidə seçkilərin nəticələrini müdafiə edəcək: “Oktyabrın 3-də səhər bütün Gürcüstandan Tbilisiyə gedəcəyik. Mən avtomobil karvanının birinə qoşulacam. Xahişim budur - bu cür karvanlar çoxsaylı olsun ki, məni saxlaya bilməsinlər”.
**10.41
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “feysbuk” səhifəsində ölkəsində olduğunu təsdiq edən video paylaşıb.
“Report” xəbər verir ki, videoda Batumi şəhəri əks olunub.
“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.
** 10:34
Gürcüstanın sabiq prezident Mixail Saakaşvili səkkiz ildən sonra ölkəsinə qayıdıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
"Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”, - eks-prezident qeyd edib.
Xatırladaq ki, M. Saakaşvilinin Gürcüstana oktyabrın 2-də gələcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.