Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 3-də Litvaya səfərə gedəcək.
“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Nazirlər Kabineti yayıb.
N.Paşinyan Vilnüsdə litvalı həmkarı İnqrida Şimonite ilə görüşəcək.
Səfər zamanı, o, həmçinin Şərqi Avropa Araşdırmaları Mərkəzinə baş çəkəcək.
N.Paşinyan eyni zamanda, Ermənistanla Litva arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.