Gürcüstanın “Gürcü Arzusu” Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.
“Report” xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıblar.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.